ASTARADA “CƏSURLAR” HƏRBİ-İDMAN VƏ TURİZM OYUNLARININ ZONA YARIŞLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayonunun Təngərüd kənd orta məktəbinin idman meydançasında Gənclər və İdman, Müdafiə, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona yarışları keçirilmişdir.
Cəlilabad və Lənkəran rayonlarının yığma komandaları yarışlarda ilk iki yeri tutaraq respublika final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Qalib komandaların üzvlərinə və yarışlarda fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin, rayon təhsil şöbəsinin, hərbi komissarlığın diplomları, fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]