ASTARADA GƏNCLƏR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, fevralın 2-də Astara Pedaqoji Texnikumunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Oqtay Abbasov rayon gənclərini təbrik etmişdir.
Rayon Gənclər, İdman və Turizm İdarəsinin rəis müavini İqrar Cəfərov, RİH başçısının müavini Natiq İbadov, texnikumun tələbələri və ictimaiyyətin nümayəndələri toplantıda çıxış edərək 2004-cü ildə gənclərin rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirakını qeyd etmiş, onların təhsildə və idmanda qazandıqları uğurlardan danışmışlar.
Toplantıda gənclərdən bir qrupuna rayon Gənclər, İdman və Turizm İdarəsinin diplomları və fəxri fərmanları təqdim olunmuşdur.
Mərasimdə rayon gənclərinin Prezident İlham Əliyevə müraciəti qəbul olunmuşdur.
Rayon mədəniyyət evinin və Astara Pedaqoji Texnikumunun bədii özfəaliyyət kollektivləri tədbirdə rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]