Astronomlar: Sentyabrın 8-də Yerə yaxınlaşacaq Saturn daha böyük və aydın görünəcək
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Günəşlə qarşıdurma nöqtəsində olacaq Saturn Yerə maksimum yaxın olacağı üçün daha parlaq və böyük görünəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, astronomlar açıq səmada planetin sakinlərinin onu daha aydın görə biləcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, Saturnun Yerlə qarşıdurmaları hər il baş verir və hər 378 gündə bir dəfə təkrarlanır. O, qarşıdurma nöqtəsini keçəndə, Yerə mümkün qədər yaxın olur, parlaq və böyük görünür.
Planetlərin qarşıdurması onların mərkəzlərinin eyni xətt üzərində olduğu konfiqurasiyadır. Yer Günəşlə Saturn planetinin arasında - işığın əks istiqamətində yerləşir. Hazırda Saturnun parlaqlığı demək olar ki, sıfıra çatır (+0,57 m), sabah isə planetin görünən diametri 19,2 qövs-saniyə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]