Atçılığın konkur növü üzrə “Polad Kuboku” turniri keçiriləcək
Bakı, 14 mart, AZƏRTAC
Martın 23-24-də Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “Polad Kuboku” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə “E” və “M*”, ikinci günündə isə “S*” kateqoriyaları üzrə yarışlar təşkil olunacaq.
“E” kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 santimetr olan yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə veriləcək.
Günün ikinci yarışı olan “M*” kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 125 santimetr nəzərdə tutulub.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 5 min manat təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]