ATƏT-İN FAKTARAŞDIRICI MİSSİYASI YANVARIN 28-DƏ BAKIYA GƏLƏCƏK
ATƏT-in faktaraşdırıcı missiyası yanvarın 28-də Azərbaycana gələcəkdir. Nümayəndə heyəti Bakıda, İrəvanda bir sıra görüşlər keçirəcək, sonra Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və digər rayonlarında araşdırma aparacaqdır.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşik AZƏRTAC-ın müxbirinə demişdir ki, ABŞ, Rusiya, Fransa, İtaliya, Almaniya, İsveç və Finlandiya nümayəndələrindən ibarət missiyanın səfərindən məqsəd Azərbaycanın işğal altında olan ərazilərinə ermənilərin qanunsuz köçürülməsi faktını araşdırmaqdır. Azərbaycan BMT Baş Məclisinin 59-cu sessiyasında işğal altında olan torpaqlarına ermənilərin qanunsuz köçürülməsi ilə bağlı məsələ qaldırmışdır. Bu, həqiqətən, narahatlıq doğuran və münaqişənin həllində yeni problemlər yaradan məsələdir. Əgər belə faktlar aşkarlanarsa, bunun qarşısı alınmalıdır.
Faktaraşdırıcı missiya Bakıdan İrəvana, oradan da Dağlıq Qarabağa gedəcəkdir.
ATƏT nümayəndə heyətinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Ermənistandan getməsi faktına münasibət bildirən xarici işlər naziri Elmar Məmmədyarov demişdir ki, missiyanın bölgəyə haradan getməsi prinsipial əhəmiyyət daşımır və əsas məsələ onun çıxaracağı qərardır.
ATƏT-in missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistandan getməsi faktının özü həmin ərazilərimizin bu ölkə tərəfindən işğal edilməsini bir daha təsdiqləyən faktdır.
Missiya Bakıya gələndə ona Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə süni surətdə əhali məskunlaşdırılmasını təsdiqləyən faktlar təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]