ATƏT-İN MİNSK QRUPU FƏALİYYƏTİNİ GÜCLƏNDİRMƏLİDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də Milli Məclisin sədri Murtuz Ələsgərov parlamentdəki Heydər Əliyev zalında ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşiki qəbul etmişdir.
Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri, acı nəticələri, ermənilərin “böyük Ermənistan” yaratmaq xülyaları barədə ətraflı məlumat verərək dedi ki, Azərbaycan bu münaqişənin dövlətlərin ərazi bütövlüyü, beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdardır. Problemin həlli ilə bağlı beynəlxalq təşkilatlar, xarici işlər nazirləri, parlamentlər səviyyəsində danışıqlar gedir. Avropa Şurası məsələyə artıq bir neçə dəfə münasibət bildirmiş, yanvarın 25-də keçiriləcək qış sessiyasında da Dağlıq Qarabağla əlaqədar məruzə dinləniləcəkdir. ATƏT-in Minsk qrupu 10 ildən çoxdur ki, münaqişənin həlli ilə məşğuldur. Amma, əfsuslar olsun ki, xeyli müddət keçməsinə baxmayaraq, bu günədək heç bir müsbət nəticə əldə edilməmişdir. Düşünürük ki, ATƏT fəaliyyətini artırmalı, rolunu gücləndirməlidir.
Anji Kaspşik münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların hələlik müsbət nəticə vermədiyini təsdiqləyərək dedi ki, xarici işlər nazirlərinin sonuncu görüşündən sonra uğur əldə olunacağını güman etmək olar. Düşünürəm ki, bu məsələ ilə bağlı parlamentlər də fəallığı artırmalı və danışıqlar davam etdirilməlidir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]