ATƏT-İN SƏDRİ MOSKVAYA GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 1-dən ATƏT-də sədrlik edən dövlətin - Sloveniyanın xarici işlər naziri Dmitri Rupelin fevralın 1-də Moskvaya işgüzar səfəri başlanmışdır.
Səfər zamanı D.Rupel Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, RF Təhlükəsizlik Şurasının katibi İqor İvanov və Rusiya parlamentinin üzvləri ilə görüşəcəkdir.
Danışıqlarda ikitərəfli əməkdaşlıq, ATƏT-in yenidən formalaşdırılması məsələləri, habelə beynəlxalq və regional problemlər müzakirə ediləcəkdir.
RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Yakovenko bildirmişdir ki, Rusiya tərəfi diqqəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətində, ilk növbədə, seçkilərlə əlaqədar ciddi düzəlişlər aparılmasının zəruriliyinə cəlb etmək niyyətindədir. Bu il ATƏT dövlətlərinin hərbi doktrinalarının müqayisə edilməsinə dair seminar, habelə enerji təhlükəsizliyinə dair konfrans keçirilməsi də təklif olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]