ATƏT PA-nın illik sessiyası işə başlayıb
Bakı, 1 iyul, AZƏRTAC
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) illik sessiyası iyunun 30-da işə başlayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev sessiyada və Daimi komitənin iclasında iştirak etmək üçün iyulun 3-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Qarışıq formatda keçiriləcək tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.
Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün büdcəsi və fəaliyyət planı təsdiq ediləcək. Tədbirdə qurumun prezidenti, vitse-prezidentləri, ümumi komitələrin rəsmiləri seçiləcək.
Sessiya çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin onlayn iclasları keçiriləcək.
Azərbaycan deputatları müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Sessiya iyulun 7-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]