ATƏT PARLAMENT ASSAMBLEYASININ SƏDRİ MOSKVADA SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ATƏT Parlament Assambleyasının sədri Joao Soareş Moskvada işgüzar səfərdədir.
ATƏT PA-nın başçısı Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlovla görüşmüşdür. Görüşdə Rusiyanın bu beynəlxaq təşkilatla əməkdaşlığı məsələləri müzakirə edilmişdir.
Dövlət Duması ilə tanış olmaq imkanına görə minnətdarlığını bildirən J.Soareş xatırlatmışdır ki, əvvəlcə bu səfər oktraybra nəzərdə tutulmuşdu. Siyasətçi demişdir ki, səfərin vaxtının irəli çəkilməsi barədə qərar Gürcüstan-Cənubi Osetiya böhranı ilə bağlıdır.
B.Qrızlov ATƏT PA ilə əməkdaşlığın bəzi məsələlərini müzakirə etməyin zəruri olduğunu vurğulayaraq qeyd etmişdir ki, ATƏT aktual olmayan, ötəri məsələlərlə çox məşğul olur, iri problemlər, o cümlədən Avropada təhlükəsizliyin təmin edilməsi məsələləri isə müzakirə çərçivəsindən kənarda qalır. Cari ilin iyulunda bu vəzifəyə seçilmiş ATƏT PA-nın yeni rəhbəri ilə ilk dəfə görüşdüyünü vurğulayan B.Qrızlov ümidvar olduğunu bildirmişdir ki, əvvəllər diqqət yetirilməyən məsələləri yeni sədrin rəhbərliyi dövründə həll etmək mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]