ATİ ilə “Four Seasons” oteli arasında bir sıra sahələr üzrə razılaşma əldə edilmişdir
Bakı, 12 yanvar (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) bu ali təhsil ocağının məzunlar assosiasiyasının təşəbbüsü ilə Kanadanın “Four Seasons” otelinin baş meneceri Tarek Mourad və insan resursları meneceri Sevda Abbasova ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi institutun fəaliyyəti, beynəlxalq əlaqələri, qazandığı uğurlardan danışmışdır.
Görüşdən məmnun qaldığını bildirən T.Mourad Misir, Səudiyyə Ərəbistanı, Suriya və İstanbulda işlədiyi müddətdə qazandığı iş təcrübəsindən danışmış, fəaliyyət bioqrafiyasında Bakının da adının olmasından, bu şəhərdə çalışmasından qürur duyduğunu xüsusi vurğulamışdır. O, həmçinin “Four Seasons” otelində ATİ-nin məzun və tələbələrinin də təcrübə qazanacağına əminliyini ifadə etmişdir.
Sonda ATİ ilə “Four Seasons” oteli arasında bir sıra sahələr üzrə razılaşma əldə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]