Atletika üzrə Ağcabədi rayon turnirində 15 komanda mübarizə aparıb
Ağcabədi, 23 dekabr, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında atletika üzrə rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə ümumtəhsil məktəblərinin 15 komandası iştirak edib. Turnir 100, 200 və 400 metr məsafəyə qaçış olmaqla, qızlar və oğlanlar arasında keçirilib. Yekun nəticəyə əsasən Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci, 5 nömrəli tam orta məktəbin komandası ikinci, 4 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb. Ən yüksək nəticə göstərmiş komandalara diplomlar təqdim edilib.