Atletika üzrə Azərbaycan çempionatı davam edir
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə ölkə çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatda 15 klubdan 100-dən artıq atlet birincilik uğrunda mübarizə aparır.
Atletikanın 25 növü üzrə keçirilən çempionatın sonuncu günündə qaçış, tullanma və atma yarışları təşkil olunub.
Çempionatda Azərbaycan idmançıları ilə yanaşı, gürcüstanlı atletlər də iştirak edirlər.
Yarışın baş hakimi Ceyhun Hüseynov, baş katibi Natalya Kafarova, direktoru isə Kamal Əhmədovdur.