ELM VƏ TƏHSİL
AUDİT SİSTEMİNDƏ MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARINDAN İSTİFADƏ PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbiri institutun direktoru, texnika elmləri doktoru Rasim Əliquliyev açaraq informasiyalı cəmiyyətin formalaşmasından və iqtisadi proseslərdə xüsusilə audit sistemində ən müasir informasiya texnologiyalarının tətbiqindən və onun nəticələrindən danışmışdır. O, Auditorlar Palatası ilə institut arasında ilkin mərhələdə ixtisaslaşma kursları formasında gerçəkləşən bu əməkdaşlığı informasiya cəmiyyətinin qurulması üzrə ötən ilin dekabrında Cenevrədə keçirilmiş dünya sammitinin qəbul etdiyi Bəyannamənin reallaşdırılması istiqamətində respublikamızda görülən işləri dəyərləndirmişdir.
Auditor Palatasının sədri Vahid Novruzov auditorların ixtisasartırma sisteminin yaradılmasını günün tələbi olduğunu vurğulamışdır. Bu məqsədlə auditin inkişaf istiqamətlərini nəzərə almaqla informasiya texnologiyalarının tətbiqi üzrə kursların təşkil edilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Görüşdə Auditor Palatasının əməkdaşlarının informasiya texnologiyalarının tətbiqini həyata keçirmək üçün xüsusi proqramla iki aylıq təhsil kurslarının keçirilməsinin perspektivləri müzakirə edilmişdir.