“Auditoriyada səfirdir”: növbəti görüş Yunanıstanın Azərbaycandakı səfiri ilə keçirilib
Bakı, 10 fevral, Səbinə Məmmədova, AZƏRTAC
Fevralın 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə “Auditoriyada səfirdir” layihəsi çərçivəsində Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Yunanıstan siyasi əlaqələrinin inkişaf etdiyini bildirən diplomat ölkələrimiz arasında ticari-iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Yunanıstanın bu problemin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçilərinin işini və Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb.
Diplomatik fəaliyyəti ilə bağlı tələbələrə məlumat verən səfir onları maraqlandıran sualları cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]