Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb
Bakı, 15 yanvar, AZƏRTAC
Avropanın yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 65 faizdən aşağı düşüb.
AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, isitmə mövsümünün başladığı oktyabrın 29-dan bəri anbarlardan qaz çıxarılması əvvəlki beş ilin orta göstəricisindən 29 faiz çox artaraq 36 milyard kubmetrə çatıb, sutkalıq çıxarılan qazın həcmi isə ilk dəfə olaraq 900 milyon kubmetrə yaxınlaşıb.
Bununla belə, yeraltı anbarlarda qaz ehtiyatları tarix ərzində dördüncü ən yüksək səviyyədədir və 72,1 milyard kubmetr (64,98 faiz) təşkil edir. Avropa birjasında isə min kubmetr qazın qiyməti təxminən 500 dollar ətrafında dəyişir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]