Avropa çempionatında uğurla çıxış edən paralimpiyaçı atletlərimiz vətənə qayıdıblar
Bakı, 28 avqust, AZƏRTAC
Almaniyada keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) atletika idman növü üzrə milli komandası vətənə qayıdıb.
ARMPK-dən AZƏRTAC-a bildiriblər ki, komandamız Berlindəki yarışa dörd atletlə qatılıb.
Millimizin üzvlərindən Oloxan Musayev və Samir Nəbiyev qitə çempionatında yığmamızın aktivinə iki gümüş medal yazdırıblar.