Avropa çempionatında uğurla çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar
Bakı, 31 may, AZƏRTAC
Fransanın Berk-sur-Mer şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) pauerliftinq idman növü üzrə milli komandasının üzvləri Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, idmançılarımızı ARMPK-nın baş katibi Kamal Məmmədov və komitənin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatında Pərvin Məmmədov, Elşən Hüseynov qızıl, Nurlan Babacanov və Aytən Bağırova bürünc medal qazanıblar.