Avropa Dərman Agentliyi koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə “yaşıl işıq“ yandırıb
Vyana, 6 yanvar, AZƏRTAC
Avropa İttifaqında koronavirusa qarşı tezliklə daha bir peyvənd maddəsinin istifadəsinə icazə verilə bilər.
AZƏRTAC xəbər verir ki, Avropa Dərman Agentliyi (EMA) “Moderna“ konserninin koronavirus əleyhinə hazırladığı peyvəndin tətbiqi üçün “yaşıl işıq“ yandırıb. EMA-nın Human Dərman Vasitələri Komissiyası peyvənd üçün şərti icazənin verilməsini tövsiyə edib.
Peyvənd maddəsi üçün yekun icazə Avropa Komissiyası tərəfindən verilməlidir, artıq belə bir icazənin tezliklə veriləcəyi yəqindir. Bununla da “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları peyvənddən sonra Avropada ikinci peyvənd maddəsinin geniş tətbiqinə başlanıla bilər.
Qeyd edilməlidir ki, Milad bayramından öncə ABŞ-da “Moderna” şirkətinin peyvəndinin koronavirusa qarşı tətbiqinə icazə verilmişdi. “BioNTech“ vaksinindən fərqli olaraq “Moderna”nın təqdim etdiyi vaksinin olduqca aşağı temperaturda (-80 dərəcə) saxlanması tələb olunmur, bu da onun asanlıqla daşınması və çatdırılmasını təmin edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]