Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib
Roma, 15 iyul, AZƏRTAC
Avropa İttifaqı “UniCredit SpA”nın “Banco BPM”i satın alması ilə bağlı tələblərə görə İtaliyaya xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, İtaliya hökuməti satınalma prosesində milli şərtlər tətbiq etməklə Aİ qanunlarını pozmaqda ittiham olunur. Avropa Komissiyası İtaliyanın “qızıl güc” tətbiqinin Aİ-nin birləşmə qaydalarını poza biləcəyini, rəsmi Romanın mövqeyinin kifayət qədər əsaslandırılmadığını bildirib.
Avrokomissiyaya görə, hökumətin mövqeyi Aİ qanunvericiliyinin kapitalın hərəkət azadlığı və Avropa Mərkəzi Bankının prudensial nəzarəti kimi digər müddəaları ilə uyğun gəlmir.
Qeyd olunub ki, İtaliya hökuməti satınalma prosesini qəbul etməzdən əvvəl öz yanaşmasını nəzərdən keçirməlidir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]