Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv etmək niyyətindədir
Bakı, 20 may, AZƏRTAC
Brüssel bu gün Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılıq əldə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas bunu Brüsseldə XİN rəhbərlərinin görüşündən öncə jurnalistlərə deyib.
Uzun illər Suriyanın sabiq prezidenti Bəşər Əsəd hökumətini boykot edən Brüssel ölkənin yeni hakimiyyət orqanları ilə fəal dialoq aparır. Avropa İttifaqı fevralın sonunda enerji, nəqliyyat və bank sektorunda Dəməşqə qarşı bir sıra məhdudiyyətləri aradan qaldırıb. Brüssel, həmçinin bundan sonra da ləğv oluna biləcək digər sanksiyaları nəzərdən keçirməyi vəd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]