Avropa İttifaqının 150 milyard avroluq hərbiləşdirmə fondu təsdiqlənib
Bakı, 27 may, AZƏRTAC
Avropa İttifaqı Şurası 150 milyard avro dəyərində hərbiləşdirmə fondunun (SAFE) yaradılmasını Avropa işləri üzrə nazirlər səviyyəsində təsdiqləyib. Bu, Avropa səviyyəsində ilk irimiqyaslı hərbi investisiya proqramı olacaq.
AZƏRTAC xəbər verir ki, Aİ Şurasının yaydığı bəyanatda həmin proqramdan əldə edilən vəsaitin digər məsələlərlə yanaşı, “Ukraynaya hərbi yardım göstərmək” üçün istifadə olunacağı bildirilir.
Şura hərbi istehsal üçün prioritetləri açıqlayıb. Buraya döyüş sursatı və raketləri, artilleriya sistemləri, xüsusilə uzaqmənzilli dəqiq zərbə sistemləri, quru qoşunları və texnikası, o cümlədən piyadalar üçün silahlar və qoruyucu vasitələr daxildir. Prioritetlər sırasında, həmçinin hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərinin, hava, dəniz və sualtı pilotsuz təyyarələrin, hərbi nəqliyyat və yanacaqdoldurma aviasiyasının, hərbi peyk vasitələrinin, süni intellekt də daxil olmaqla kiber imkanların istehsalı və yaradılması yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]