Avropa Parlamentində qaraçıların təmsil olunmaması etirazla qarşılanıb
Bakı, 27 fevral, AZƏRTAC
Rumıniyanın əmək, ailə, gənclər və bərabər imkanlar naziri Florin Manole Avropa Parlamentində qaraçılar təmsil olunmadığı üçün Brüsseli tənqid edib.
AZƏRTAC xəbər verir ki, Florin Manole etirazını Avropanın “Politico” nəşrinə müsahibəsində bildirib. “Avropa İttifaqının beş və ya altı ölkəsi var ki, onların ümumi əhalisi Avropadakı qaraçıların sayından azdır. Lakin Brüsselin əsas siyasi institutlarının heç birində bir nəfər belə qaraçı yoxdur. Bu, Avropa üçün böyük demokratik problemdir”, - deyə Florin Manole vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqında Danimarka əhalisinə bərabər sayda - təxminən 6 milyon qaraçı yaşayır, lakin Avropa Parlamentində bu etnik qrupun bircə nümayəndəsi belə yoxdur.
Qeyd edək ki, Florin Manole Rumıniyada nazir vəzifəsini tutan ilk qaraçıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]