Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasında erməni deputatların fitnəkar çıxışlarına layiqli cavab verilmişdir

Strasburq, 24 iyun (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ikinci iş günündə müzakirəyə çıxarılan “Mətbuatda və mətbuat vasitəsi ilə zorakılıq” adlı məruzə geniş müzakirələr doğurmuşdur. Adətən Parlament Assambleyasında söz, ifadə azadlığı ilə əlaqədar aparılan fikir mübadilələri bu dəfə yerini mətbuatdakı digər mühüm problemin təfərrüatlı təhlilinə vermişdi. Avropalı deputatlar televiziya və radioların, internetin, yazılı mətbuatın həm də cəmiyyətin müxtəlif təbəqələrinə təzyiq vasitəsinə çevrilməsi, nifrət yayan, pornoqrafiyanı tirajlayan, cəmiyyətin müxtəlif təbəqələri arasında narazılıqlar, vahimə, kin doğuran, uşaqların, gənc nəslin tərbiyəsi və yetişməsinə zədələyici təsir göstərən bəd təmayüllərdən bəhs etmişlər.

Otuz deputatın qatıldığı müzakirələrdə Ermənistan nümayəndə heyətinin də 3 üzvü çıxış etmiş, həmişə olduğu kimi, yenə fitnəkarlıqlarından əl çəkməmiş, əsas mövzunu bir kənara qoyaraq Azərbaycan əleyhinə böhtanlar yağdırmağa başlamışlar. Çıxış növbəsi müzakirələrin sonlarında çatan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə müzakirə edilən mövzu ilə bağlı fikirlərini bölüşərək demişdir: “Artıq 14-cü ildir ki, mən həm Azərbaycan parlamentinin, həm də Avropa Şurasının üzvüyəm və hər iki qurumda Mədəniyyət komitələrinin üzvü kimi mətbuatla, jurnalistika ilə bağlı problemləri diqqətlə izləyirəm. Bu sahələrə xüsusi marağımın bir səbəbi də ondan ibarətdir ki, mən deputat seçilənə qədər bilavasitə peşəkar jurnalistika ilə məşğul olurdum. Təkcə 10 il “Amerikanın səsi” radiosunun Azərbaycanda müxbiri kimi fəaliyyət göstərmişdim. Ondan əvvəl isə uzun müddət həm radio və televiziyada, həm yazılı mətbuatda intensiv çalışmışam. Yəni, bu, mənə tanış və doğma olan sahədir. Əslində mən indi də jurnalistika ilə məşğulam və sahəni daxildən müşahidə etmək imkanım vardır. Bu sahədəki uğurlardan da, bu sahənin problemlərindən də yaxşı xəbərdaram. Problemlərin bir qismi kənardan olan təzyiq, təsir və müxtəlif sərt münasibətlərlə əlaqədardırsa, bir hissəsi də jurnalistikanın özünün içərisindən gələn məsələlərdir. Azərbaycanda kifayət qədər azad mətbuat var, inkişaf edir və bunu görməmək mümkün deyildir. Ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Onlarca müxalifyönlü qəzet, informasiya bülleteni nəşr edilir, hər gün həmin kütləvi informasiya vasitələrində ölkənin iqtisadi, siyasi və mədəni həyatı ilə bağlı yüzlərlə məqalə, reportaj dərc edilir. Təbii ki, azad mətbuat olmayan yerdə bunları etmək mümkünsüz olardı. Necə ki postsovet məkanındakı ölkələrin bir çoxunda bunun heç onda biri də yoxdur. Ölkənin ən ali vəzifəli şəxsindən tutmuş ən sıravi insanadək hər kəslə bağlı, dövlətin apardığı istənilən xətt, gördüyü istənilən iş, istənilən məmur barədə hər gün hər mətbuat vasitəsinin yazmaq imkanı varsa, bunu dəyərləndirmək lazımdır. Azad, sərbəst mətbuat fəzası olmasaydı, bunları gerçəkləşdirmək də mümkünsüz olardı. Əlbəttə, bundan da artığı arzulanır. Bu da anlaşılandır. Mənim ölkəmdə bir atalar sözü var ki, iştaha diş altındadır. Gözəlliyin, yaxşının sərhədi yoxdur. Daha ideal şəraiti ummaq haqqı da normaldır. Təbii ki, qüsurlar da vardır. Əsas olan odur ki, mətbuatla bağlı Azərbaycanın dövlət siyasəti ədalətlidir, inkişafa xidmət edəndir. Niyyət müsbətdir. Demək, bütün başqa problemlər həll edilə bilər. Lakin bizdə jurnalistikanın özündə də problemlər var və bu, daha çox peşəkarlıq məsələsi ilə bağlıdır. Həm də bu təkcə Azərbaycana deyil, postsovet məkanında olan əksər müstəqil dövlətlərin jurnalistikasına xas olan xüsusiyyətdir. Yəni, məqaləsini oxuyursan, hazırladığı proqramlara tamaşa edirsən və aydın hiss olunur ki, bu şəxsin jurnalistikaya aidiyyəti yoxdur. Lakin elan edir ki, 10-15 ildir mətbuatdadır. Demək, ilkin şərtlərdən biri jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması səmtində işlərin görülməsidir. Azərbaycanda əsas ali təhsil ocaqlarından sayılan Bakı Dövlət Universitetində də, bir sıra özəl universitetlərdə də jurnalistika fakültələri vardır. Amma hər il onların hamısının bir yerdə buraxdığı məzunların sayı 100-dən artıq olmaz. Təbii ki, bunların heç də hamısı fəaliyyətlərini peşəkar jurnalist kimi davam etdirməyərək tamam başqa sahələrə üz tutur. Bu gün Azərbaycanda nəşr olunan qəzetlər, informasiya agentlikləri, radio və televiziyalarda isə üst-üstə 10 minə yaxın bilavasitə jurnalist işi görən şəxs çalışır. Onların böyük əksəriyyəti peşəkar təhsil almayıb, xüsusi treninqlər keçməyib və sırf həvəskarlardır. Kütləvi həvəskarlıq, bir axına çevrilən qeyri-peşəkarlıq isə təhlükəlidir və xeyli fəsadlar da doğurur. Məhz belə qeyri-peşəkarlıq mətbuatda peşə etikasının sistemli şəkildə pozulmasına, reket jurnalistikasına, jurnalistin cəmiyyətdə nüfuzunun aşağı düşməsinə, jurnalist sözünün kəsərinin azalmasına gətirib çıxarır. Muzdlu, görünən və görünməyən müəyyən siyasi qüvvələr, oliqarxlar, hətta xarici qüvvələr tərəfindən idarə olunan jurnalistika da vardır. Ona görə də hansısa haqqı tapdalanmış bir jurnalist problemi ortaya çıxanda buna son dərəcə diqqətlə yanaşılmalı, hər konkret hal ayrıca araşdırılmalıdır. Yoxsa bunları ucdantutma jurnalistikaya təzyiq kimi dəyərləndirmək olmaz. Lakin qəribədir ki, bəzən daha çox hay-küy, haqqın tapdalanması təəssüratı elə bunların ətrafında yaradılır. Azərbaycandakı jurnalistikanı və bu sahənin vəziyyətini mən Azərbaycanla eyni vaxtda müstəqilliyini bərpa etmiş bir çox ölkələrlə müqayisə edəndə yerlə göy arasındakı qədər fərq görürəm. Amma mənim istədiyim odur ki, Azərbaycanda jurnalistikanın, mətbuatın səviyyəsini, ona münasibəti bütün istiqamətlərdə Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrlə müqayisə edə bilim. Lakin məgər bu ölkələrdə həmin sahələrdə qüsurlar yoxdurmu? Problemlər hamımızda vardır. Əsas odur ki, onları görək, görə bilək və vaxtında aradan qaldırmağa çalışaq”.

Daha sonra Rafael Hüseynov ermənistanlı deputatların qərəzli çıxışlarına toxunaraq demişdir: “Biz bu gün burada mətbuatda olan, mətbuat vasitəsilə həyata keçirilən təzyiqlərdən, ictimai sözdəki basqılardan bəhs edirik. Bu istənilməz təmayüllərin qarşısını necə almaq barədə düşünürük. Erməni həmkarlarımız isə özlərinin Assambleyanın üslubuna və siyasətinə tam zidd olan çıxışları ilə əslində zorakılığın, təzyiqin, təcavüzün daha bir nümunəsini ortaya qoyurlar. Ermənistanlı deputatların dilindən burada növbəti dəfə Azərbaycan xalqı və dövləti əleyhinə böhtanlar, yalanlar, təhriflər səsləndirilir. Əlbəttə, həqiqətlə heç bir əlaqəsi olmayan bu yalanların, böhtanların, saxtakar ifadələrin hamısını qətiyyətlə rədd edirəm. Mən erməni deputatlara məsləhət görərdim ki, gücsüzlüklərinin daha bir ifadəsi olan bu cür aqressivliklərinə son qoysunlar. Onların nifrətlə dolu belə çıxışları bu gün inkar etdiyimiz, müzakirəsini apararaq aradan qaldırılmasına çalışdığımız təzyiqin və zorakılığın başqa bir təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Assambleyadakı nitqində bütün ermənilərə və Ermənistana üz tutaraq son dərəcə vacib və müdrik bir fikir söylədi. Azərbaycan Prezidenti tövsiyə etdi ki, Ermənistan gələcəkdə normal bir dövlət və xalq kimi yaşamaq, firavan olmaq istəyirsə bütün istiqamətlərdə təcavüz siyasətinə son qoymalı, düz yola qayıtmalıdır. Yaxşı olardı ki, Prezident İlham Əliyevin bu haqq sözləri və nəsihətini bugünkü aqressiv çıxışlar edən erməni deputatları da yaxşı yadda saxlasınlar. Çünki bütün zorakılıq və təcavüzlər nəticə etibarilə onu törədənlərin başında çatlayır”.

Azərbaycanlı deputatın çıxışı maraqla qarşılanmış, təqdir edilmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb