AVROPA ŞURASININ BAŞ KATİBİ BAKIYA GƏLƏCƏKDİR
Milli Məclisin AŞ Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2 gün davam edəcək səfər çərçivəsində Valter Şvimmer Milli Məclisin sədri, xarici işlər, ədliyyə nazirləri, ombudsman, Mərkəzi Seçki Komissiyasının sədri, AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri, siyasi partiyaların nümayəndələri ilə görüşəcəkdir.
Görüşlərdə beynəlxalq qurumla Azərbaycan arasında əlaqələrin inkişafına, eləcə də Avropa Şurası baş katibinin seçkilərinə dair məsələlər müzakirə olunacaqdır.
Avropalı qonaq, həmçinin Avropa Şurası Parlament Assambleyasının Bakıda informasiya ofisinin açılışında iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]