Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasının regional konfransında Azərbaycan mətbuatının uğurlarından bəhs edilib

Avropa Şurasının regional konfransında Azərbaycan mətbuatının uğurlarından bəhs edilib

Budapeşt, 6 dekabr, AZƏRTAC

Mətbuatın və jurnalistikanın müxtəlif problemləri Avropa Şurasının daim diqqət mərkəzində saxladığı mövzulardır. Son illərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) elə bir sessiyası olmayıb ki, orada kütləvi informasiya vasitələri ilə əlaqədar olan hansısa mühüm məsələ gündəliyə daxil edilməsin.

AZƏRTAC xəbər verir ki, dekabrın 6-da AŞPA-nın Macarıstanın paytaxtı Budapeştdə keçirdiyi “Kütləvi informasiya vasitələrinin müstəqilliyi və plüralizminin artırılmasında milli parlamentlərin rolu” adlı regional konfrans da həmin siyasətin davamı kimi qiymətləndirilə bilər. AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinə daxil olan mətbuat üzrə alt komitənin üzvləri ilə yanaşı, konfransda Şərq Tərəfdaşlığına daxil olan dövlətlərdən Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistanın parlament nümayəndə heyətləri də iştirak edirdilər. Eləcə də konfransa Avropa Şurasının Budapeştdəki Avropa Gənclər Mərkəzinin direktoru Qordan Berjan, Avropa Mərkəzi Universiteti KİV Mərkəzinin direktoru Marius Draqomir, Böyük Britaniyadan beynəlxalq münasibətlər üzrə ekspert Maria Donde, Bosniya və Herseqovinadan Tənzimləyici Orqanlar üzrə Avropa Platformasının direktor müavini Helena Mandiç və digər mütəxəssislər qatılmışdılar. Konfrans işini 3 müxtəlif sessiya ilə davam etdirib.

“Mətbuatda aşkarlıq və plüralizm” adlanan ilk sessiyadakı müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, bu tədbirə həm də Milli Məclisin mədəniyyət komitəsinin sədri kimi qatılmış Rafael Hüseynov ölkəmizdə kütləvi informasiya vasitələrinin müasir vəziyyəti haqqında konfrans iştirakçılarına məlumat verərək deyib: “Bu gün Azərbaycanda mətbuat sahəsində 10 mindən artıq insan fəaliyyət göstərməkdədir. Azərbaycanın ilk anadilli qəzeti isə 1875-ci ildə yaranıb və həmin səbəbdən də hər il iyul ayının 22-si mənim ölkəmdə Mətbuat Günü kimi bayram edilir. Lakin XIX əsrin 30-cu illərində Qafqazda nəşr edilmiş qəzetləri araşdırarkən onu da görürük ki, Azərbaycan peşəkar jurnalistikası daha əvvəl fəaliyyətə başlayıb və artıq onun yaşı 190 ilə yaxınlaşır. Lakin bu qədər uzun bir tarixin təəssüf ki, yalnız 25-26 ili ərzində Azərbaycan mətbuatı siyasi senzuranın nəzarətindən kənarda, sərbəst bir şəraitdə mövcud olub. Əlbəttə, bu da aydındır ki, heç vaxt və dünyanın heç bir yerində kütləvi informasiya vasitələri və jurnalistlər tam azad ola bilmir, onların sona qədər sərbəst olmalarını məhdudlaşdıran hansısa amillər mütləq ortaya çıxır, müəyyən asılılıqlar hökmən nə şəkildəsə üzə çıxır. Ona görə də bütün dövrlər, o cümlədən indiki daha sərbəst fəaliyyət imkanlarının ortada olduğu, mətbuatda ifadə azadlığının imkanlarının daha genişləndiyi zamanda da ən vacib amil kimi jurnalist peşəkarlığı məsələsi ortada durur. Çünki təcrübə göstərir ki, jurnalistin peşəkarlığı və intellektual imkanları yüksək, yazmaq, nümayiş etdirmək qabiliyyəti üstün olduqca, o, çox əlverişli bir vəziyyət qazanmış olur. Yəni, həm düşündüyünü, ifadə etmək istədiyini ictimailəşdirmək üçün münasib forma tapa bilir, həm də özünü mümkün təhlükələrdən qorumağı bacarır.

Bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə keçmiş sovet məkanı və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Belə ki, Azərbaycanda 4700-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət proqramında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr edilir. 80-ə yaxın müxtəlif istiqamətli jurnal buraxılır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir. Həmçinin rus dilində 40-a yaxın, ingiliscə 12 qəzet və jurnal çıxır. Eləcə də türk, fransız, alman, ərəb və bir sıra başqa dillərdə də dövri mətbuat nəşr edilməkdədir. Yəni, bunlar 10 milyon əhalisi olan bir ölkənin çap mətbuatı şəbəkəsini təşkil edir ki, zənnimcə, kifayət qədər əhatəli və rəngarəng bir palitranın olmasını hər kəs təsdiqləyər”.

Konfransın ikinci sessiyası “Audiovizual kütləvi informasiya vasitələrində müstəqillik və plüralizmin nizamlanması: icranın mürəkkəbliyi” adlanırdı və Milli Məclisin deputatı bu hissədəki müzakirələrdə çıxış edərək ölkəmizdəki mətbuat və jurnalist gerçəkliyinin bu səmti barədə dolğun təsəvvür yaratmağa müvəffəq oldu: “Mənim həyatım ilk gənclik illərindən Azərbaycanın radio-televiziya məkanı ilə bağlı olub. Universitet illərindən başlayaraq radio və televiziyada daimi proqramlar aparmağa başlamışam ki, artıq onları 40 ildən artıqdır davam etdirirəm. 1970-ci illərdə Azərbaycanda vur-tut 1 radio və 1 televiziya var idi. Hər ikisi təbii ki, dövlətin ciddi nəzarətində idi. Bu gün isə Azərbaycanda 10 ümumrespublika, 3 peyk, 13 regional və 30-dan çox kabel televiziyası var, 17 radio fəaliyyət göstərməkdədir. 2005-ci ildə isə vaxtilə yeganə olan dövlət radio-televiziyasının əsasında Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla yanaşı, ayrıca bir İctimai Televiziya və Radio Yayımları Şirkəti də efir məkanında aparıcı yerlərdən birini tutmaqdadır. Ölkədə 2016-cı ildə artıq rəqəmsal yayıma keçid də başa çatdırılıb”.

Rafael Hüseynov Azərbaycandakı azad internet məkanı haqqında da söz açıb, bu sahədə ölkədə yaradılmış münbit şəraitlə bağlı fikirlərini bölüşərək deyib: “Zamanında - kino yaranarkən minillərlə yaşı olan teatra həddən ziyadə ciddi, hətta onu ikinci plana keçirməyə qadir bir rəqibin yarandığı iddia edilirdi. Çox keçmədən bu mülahizələr özünü doğrultdu. 1895-ci ildə yaranan kino o vaxtacan bütün dünyanın mədəni həyatında ən ön sırada olmuş teatrı bir neçə onillik ərzində tam sıxışdırmağa nail olmasa da, hər halda ondan qabağa keçməyi, daha populyar olmağı bacardı. Televiziya isə eyni rəqabəti kino ilə, böyük ekranla aparmağa başladı. XX yüzilliyin sonundan isə internet onların hamısının, o cümlədən kitabın da, yazılı mətbuatın da ən ötkəm rəqibinə çevrildi. Azərbaycanda da eyni təmayüllər müşahidə edilməkdədir. Bizdə, Ümumdünya İqtisadi Forumunun hesabatına görə hazırda Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 35 faizini təşkil edir. Ölkədə hər 100 nəfərə 20 kompüter düşür. Azərbaycanda bu gün 3 milli internet provayderi var. Ucqar bölgələri də nəzərə almaqla Azərbaycanın kənd yaşayış məntəqələrinin 35 faizi genişzolaqlı internetə çıxışa malikdir. Məhz belə azad internet fəzasına sahib olmağın nəticəsidir ki, ölkədə milyon yarımdan çox facebook istifadəçisi, minlərlə bloqqer fəaliyyət göstərir. Şəxsən mənim üçün facebook səhifəm həm öz qəzetim, həm də öz şəxsi radio-televiziyam deməkdir. Hazırladığın istənilən verilişi, yazını, audio və ya videomaterialı bir an içində hansısa redaktorların nəzarətindən, heç kimin iradəsindən asılı olmayaraq yaya bilmək nə böyük xoşbəxtlikdir. Bunu mən ona görə xoşbəxtlik adlandırıram ki, jurnalistika, efir fəaliyyətim zamanı bəzən bir ifadəni, bir cümləni yazının, yaxud verilişin mətnində saxlamağa nail olmaq üçün nə qədər əziyyətlər çəkdiyimiz, mübahisələr etdiyimiz, mübarizələr apardığımız yaxşı yadımdadır. Lakin belə azad internet fəzası, ifadə azadlığı üçün meydan açan bu qədər geniş radio-televiziya şəbəkəsi, qəzet-jurnallar bolluğu məsuliyyət hissinin də qat-qat artırılmasını, hər kəsin özünə öz redaktorluğunda daha tələbkar olmasını istəyir”.

Azərbaycanda kütləvi informasiya vasitələri ilə mükəmməl və daim təkmilləşdirilən qanunverici bazanın mövcudluğundan danışan Rafael Hüseynov bu istiqamətdə də Milli Məclisin bir çox dövlətlərlə müqayisədə xeyli irəli getmiş olmasını vurğulayaraq deyib: “Azərbaycanda bütün bunlarla bağlı yetərincə mükəmməl qanun bazası var. “Kütləvi informasiya vasitələri haqqında”, “Mətbuat azadlığı haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiya azadlığı haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Telekommunikasiya haqqında” bütövlükdə 6 qanunla tənzimlənir. Lakin yazılmamış, parlamentlərdə təsdiq edilməyən və dünyanın hər nöqtəsində olan hər informasiya yayıcısının, hər qələm sahibinin, hər jurnalistin daxilində daim nəbz kimi vurmalı olan bir qanun da var. Kütləvi informasiya vasitələrində çalışan hər kəsin mənəvi keyfiyyətlərini, cəmiyyət qarşısındakı məsuliyyət duyğusunu, peşə etikasının ən müxtəlif çalarlarını özündə birləşdirən əxlaq və peşəkarlıq kodeksi. O yazılı, rəsmən təsdiqlənmiş qanunlar da yalnız bu yazılmamış qanunla həmahəng olanda uğurla işləyir”.

Fikirlərini yekunlaşdıran Rafael Hüseynov konfrans iştirakçılarını, bütün mətbuat təmsilçilərini daha çox öyrənməyə, peşəkarlığı artırmağa hər an səy göstərməyə və daimi həmrəyliyə səslədi: “Bu gün dünya jurnalistləri bir-birinə keçmiş dövrlərdə olduğundan daha yaxındır. İnternetin yaratdığı ortaq məkan həm bir-birindən öyrənməyə geniş imkanlar, həm də dünyanın ən uzaq guşəsində belə hansısa təzyiqlə, təqiblə, haqsızlıqla qarşılaşan həmkarın dərhal səsinə səs verməyə, ona kömək göstərməyə şərait yaradır. Bu iki gözəl imkandan daha çox istifadə etdikcə inanıram ki, uğurlar həmişə bizimlə olacaq!”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar