Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir
Bakı, 2 aprel, AZƏRTAC
Avropanın dizel yanacağı fyuçerslərinin qiyməti 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Londonda fyuçerslər 9,4 faizədək artaraq bir ton üçün 1493,2 dollara çatıb. Bu da barrel göstəricisində 200 dollardan çox artım deməkdir.
Treyderlər və analitiklərin fikrincə, Hörmüz boğazı yenidən açılmasa, region qarşıdakı həftələrdə təchizat çatışmazlığı ilə üzləşəcək. Analoji halın Latın Amerikasında da baş verəcəyi gözlənilir.
Qeyd edək ki, Hörmüz boğazında nəqliyyatın dayanmasının xam neftə təchizatına təsiri səbəbindən bəzi neft emalı zavodları istehsalı azaltmağa məcbur qalır. Dünyadakı treyderlər yanacaq daşınmalarını yönləndirir və təchizat səylərini davam etdirirlər. Avropa ölkələri isə istehlak etdiyindən daha az dizel yanacağı istehsal edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [23:23]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]