Avropada İkinci Dünya müharibəsinin başa çatmasının ildönümünü Çexiyada özünəməxsus qeyd ediblər
Praqa, 29 aprel, AZƏRTAC
Cümə günü Çexiya paytaxtının küçələrindən Amerika ordusunun təqribən 30-dək klassik avtomobili və motosiklindən ibarət kolonna keçib.
AZƏRTAC xəbər verir ki, bu aksiya Avropada İkinci Dünya müharibəsinin başa çatmasının növbəti ildönümünü qeyd etmək üçün təşkil olunub. Bu il “Azadlıq konvoyu” artıq 19-cu dəfə keçirilir. Təşkilatçılar bildiriblər ki, bu aksiya ilə onlar əsarətə, təqibə qarşı qəhrəmancasına mübarizə aparan çexləri, amerikalıları və digərlərini alqışlamağı qərara alıblar. Bununla da, onlar faşizmə qarşı mübarizədə həlak olanları yad ediblər.
ABŞ səfiri Bijan Sabet avtomobil yarışının start mərasimində çıxış edərək deyib: “Çexlər və amerikalılar azadlığın dəyərini bilirlər. Onun qayğısına qalmaq, qoruyub saxlamaq lazımdır”.
Avtomobil yarışını zəngin hərbi-tarixi və mədəni proqram müşayiət edir. Bu proqrama sərgilər, konsertlər və memorial aksiyalar daxildir. Kolonna Çexiyanın digər şəhərlərində də hərəkəti davam etdirəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]