Avropada inflyasiya azalaraq 2,6 faizə enib
Bakı, 1 mart, AZƏRTAC
Avropa iqtisadiyyatını çətin vəziyyətə salan inflyasiya fevral ayında yenidən azalaraq 2,6 faizə düşüb.
AZƏRTAC Avropa İttifaqının statistika agentliyinin məlumatına istinadla xəbər verir ki, avrodan istifadə edən 20 ölkə üzrə fevral ayının göstəricisində yanvar ayı ilə müqayisədə 2,8 faizlik azalma qeydə alınıb. Lakin Avropa Mərkəzi Bankının qarşısına hədəf kimi qoyduğu inflyasiyanın 2 faizə qaytarılması vaxt tələb edir.
Məlumata görə, ərzaq məhsullarında inflyasiya 5,6 faizdən 4 faizə qədər azalıb.
Qeyd edək ki, yüksək və mülayim inflyasiya ilə bağlı narahatlıqlara görə bütün diqqətlər Avropa Mərkəzi Bankına yönəlib. Bankın faiz dərəcəsini təyin edən İdarəetmə Şurasının yaxın vaxtlarda iclası planlaşdırılsa da, hələlik məzənnə ilə bağlı dəyişiklik gözlənilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]