AVROPADA TƏHSİL ALAN AZƏRBAYCANLI GƏNCLƏR ÜÇÜN TƏLİM KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) təşkilatçılığı ilə “Sən bizimsən durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan” adlı təlim başlamışdır. Tədbirdə Avropa ölkələrinin ali məktəblərində təhsil alan 20 gənc iştirak edir.
FASE-nin Bakıdakı filialının direktoru Rəşad Elli qurum haqqında məlumat verərək bildirmişdir ki, əsas məqsəd Avropada Azərbaycan gənclərini birləşdirəcək şəbəkə yaratmaq və ölkəmizin maraqlarını müdafiə etməkdir.
Artıq FASE-nin Fransa Senatında, Böyük Britaniyanın Lordlar palatasında forumları keçirilmişdir. Berlində, Brüsseldə, Parisdə, Londonda, Strasburqda şöbələri fəaliyyət göstərir.
Üçgünlük təlimdə tələbələrə lobbiçilik fəaliyyəti, gənclər şəbəkəsinin strukturu, müxtəlif layihələrin həyata keçirilməsi üçün lazımi bacarıqların inkişaf etdirilməsi və sair mövzularda mühazirələr keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]