Avropanın 23 ölkəsindən Estoniyaya gələnlər 14 gün məcburi qaydada təcrid olunacaqlar
Tallinn, 18 avqust, AZƏRTAC
Bu gündən etibarən Avstriya, Andorra, Belçika, Bolqarıstan, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Kipr, Lüksemburq, Malta, Monako, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Fransa, Xorvatiya, Çexiya, İsveçrə və İsveçdən Estoniyaya gələn əcnəbilərin hamısı 2 həftə ərzində məcburi qaydada təcrid olunma rejiminə riayət etməlidirlər.
AZƏRTAC xəbər verir ki, özünütəcridetmə rejimi Böyük Britaniya, Sloveniya, Almaniya, Lixtenşteyn, İtaliya, Slovakiya, Litva, Latviya, Norveç, Macarıstan, Finlandiya və Vatikandan gələn şəxslərə şamil edilmir.
Estoniya Xarici İşlər Nazirliyi vətəndaşlara yaxın günlərə planlaşdırılan səfərlərdən imtina etməyi israrla tövsiyə edir.
Son 14 gün ərzində 100 min nəfər əhaliyə 16 yoluxma halının düşdüyü və ya daha az yoluxma halının qeydə alındığı və hərəkət azadlığına məhdudiyyətin tətbiq olunmadığı Avropa ölkələri istisnadır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]