Avstraliya Ukraynaya kömür göndərməyəcək
Bakı, 1 mart, AZƏRTAC
Kiyevin 80 min ton enerji daşıyıcısı tədarükü barədə xahişinə baxmayaraq, Avstraliya Ukraynaya kömür göndərməyəcək.
AZƏRTAC xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanez bunu Melburnda yayımlanan 3AW radiostansiyasının efirində deyib. “Ukrayna daha yaxın olan ölkələrdən kömür ala bilər. Biz çox uzaqdayıq və kömürümüz ən yaxın qonşularımız olan Çin və Hindistana ixrac olunur”, - deyə o bildirib.
Avstraliyanın NATO üzvü olmayan ölkələr arasında Ukraynanın ən böyük donorlardan biri olduğunu xatırladan Baş nazir bu yaxınlarda Kiyevə 32,5 milyon dollar məbləğində yeni yardım paketi ayırdıqlarını vurğulayıb.
Kanberra indiyədək Kiyevə 625 milyon dollar həcmində yardım edib ki, bunun da təxminən 510 milyon dolları bilavasitə silah və sursat alınmasına sərf olunub. Bundan əlavə, Avstraliya Ukraynaya 120 ədəd “Bushmaster” zirehli transportyoru, M777 haubitsaları, piyadalar üçün M113 zirehli maşınları, pilotsuz uçuş aparatları, habelə tank əleyhinə raketlər və digər silahlar göndərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]