Avstraliyada təyyarə qəzasında 5 nəfər ölüb
Bakı, 7 sentyabr, AZƏRTAC
Avstraliyanın Yeni Cənubi Uels ştatında kiçikmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfərin həlak olduğu bildirilir. AZƏRTAC xəbər verir ki, bu məlumatı SBS telekanalı yayıb.
Qeyd olunub ki, göyərtəsində beş nəfərin olduğu “İrokez” tipli özəl təyyarə sentyabrın 6-da, yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 23:30) Nyukasl şəhərinin şimalında yerləşən Anna-bey buxtasının yaxınlığında radarlardan itib. Xilasedicilər ertəsi gün - sentyabrın 7-də qəzaya uğrayan təyyarənin qalıqlarını tapıblar. Hazırda pilotun və sərnişinlərin axtarışı davam edir. İlkin versiyalara görə, onların hamısı həlak olub. Qeyd edilir ki, təyyarənin qəzaya uğramasının səbəbi əlverişsiz hava şəraiti və görüş məsafəsinin çox az olmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]