Avstraliyalı alimlər baş və boyun xərçənginin təkrarlanmasını proqnozlaşdıran qan testi hazırlayıblar
Bakı, 25 fevral, AZƏRTAC
Avstraliyalı alimlər əməliyyatdan sonra baş və boyun xərçəngi xəstələrində residiv riski müəyyən edən sadə qan testi hazırlayıblar.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Avstraliya tədqiqatçıları açıqlama verib. Bildirilib ki, tədqiqatçılar qan dövranında olan şiş hüceyrələrini təhlil edərək onların residiv ehtimalı ilə əlaqəsini müəyyənləşdiriblər.
Hər il Avstraliyada təxminən 5 min 500 insana baş və boyun xərçəngi diaqnozu qoyulur. Əməliyyatdan sonra bir çox xəstə sağalsa da, bəzilərində xəstəlik yenidən ortaya çıxır və bu, adətən erkən mərhələdə aşkar edilmir.
Tədqiqatın aparıcı müəllifi Dannel Yeo bildirib ki, qan testi residiv riski yüksək olan xəstələrin erkən diaqnostikasına kömək edir. Alimlər qeyd edirlər ki, bu tapıntılar fərdiləşdirilmiş xərçəng müalicəsində və xəstələrin daha yaxşı izlənilməsində mühüm rol oynaya bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [23:30]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]