Avstriya millisinin keçmiş futbolçusu hücuma məruz qalıb
Bakı, 16 dekabr, AZƏRTAC
Avstriyanın "Rapid" (Vyana) komandasının futbolçusu Qvido Burqştaller hücuma məruz qalıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Vyana şəhərində baş verib. 35 yaşlı hücumçu naməlum şəxs tərəfindən döyülüb. Baş nahiyəsinə güclü zərbə alan oyunçunun kəllə sümüyü sınıb.
Avstriya millisinin sabiq futbolçusunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Qvido Burqştaller milli komandanın heyətində 26 oyunda və 2 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]