Avstriya Qran-Pri turnirinin ilk günündə cüdoçularımız iki medal qazanıblar
Bakı, 25 may, AZƏRTAC
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin birinci günündə Azərbaycan millisi iki medal qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə yeddi cüdoçumuz tatami üzərinə çıxıb və onlardan ikisi mükafatçılar sırasında yer alıb.
Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Kamran Süleymanov finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzaraq gümüş medalla kifayətlənib.
Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) ispaniyalı Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.
Mayın 27-dək davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu tatami üzərinə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]