Avstriya tarixində ən çox bank qarətləri törədən şəxs tutulub
Vyana, 30 aprel, AZƏRTAC
Avstriya tarixində ən çox bank qarətləri törədən isveçli cinayətkar polis tərəfindən həbs edilib.
AZƏRTAC xəbər verir ki, on il ərzində Vyana, Lints və Qrats şəhərlərində ümumilikdə 16 banka basqın edən 54 yaşlı şəxs Berlində həbs edilib. Almaniyanın ZDF telekanalında yayımlanan “İş nömrəsi XY” verilişində hadisə şahidlərinin ifadələri və qarətçinin alman dilində xüsusi ləhcə ilə danışması barədə məlumatın verilməsi cinayətkarın müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Artıq Avstriya penitensiar xidmətinə təhvil verilən cinayətkar ilkin ifadəsində bank qarətlərini törətdiklərini etiraf edib. 2009-cu ildə Avstriyada ilk cinayəti törədən İsveç vətəndaşı hər dəfə bank soyğunu üçün İsveçdən Avstriyaya gəlib.
Daha çox kiçik bank filiallarına basqın edən cinayətkarın qarət etdiyi vəsait çox da yüksək deyil. Polis məlumatında onun ümumilikdə 300 min avro qarət etdiyi bildirilir. Almaniyadakı bankları da qarət etmiş şəxsin başqa ölkələrdə də belə cinayət törədib-törətməməsi araşdırılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]