Avstriya və Çexiya qərbi Balkan ölkələri ilə sərhədlərin açılmasına çalışır
Vyana, 17 iyun, AZƏRTAC
Rəsmi Vyana və Praqa qərbi Balkan ölkələri - Bosniya və Herseqovina, Serbiya, Albaniya, Kosovo, Şimali Makedoniya və Monteneqro ilə sərhədlərin açılmasına çalışır.
AZƏRTAC xəbər verir ki, bu mövzu Çexiyanın Xarici İşlər naziri Tomaş Petriçekin Vyanaya səfəri zamanı avstriyalı həmkarı Aleksander Şallenberq ilə görüşündə müzakirə olunub. Tərəflər “COVID-19” pandemiyası ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində Qərbi Balkan ölkələri ilə sərbəst gediş-gəlişin bərpasında maraqlı olduqlarını ifadə ediblər.
Avstriya Xarici İşlər Nazirliyindən bu ölkənin APA xəbər agentliyinə verilən məlumatda epidemioloji vəziyyətin imkan verdiyi təqdirdə iyulun əvvəlindən etibarən sərhədlərin açılmasının mümkünlüyü ifadə olunub. Bununla belə, Kosovoda və Şimali Makedoniyada infeksiyaya yoluxma hallarının yaxından izləndiyi də qeyd edilib. Həmçinin bildirilib ki, artıq yetərincə təhlükəsiz olan qeyri-Avropa ölkələri ilə sərhədlərin açılması da gündəmdədir. Çünki Asiyanın bir sıra ölkələri böhranın öhdəsindən uğurla gələ biliblər. Həmin ölkələrlə sərhədlərin açılmasına heç bir maneə qalmayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]
“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]