Avstriyada iqtisadi artım ən yaxşı halda 2022-ci ildə mümkün olacaq
Vyana, 24 iyul, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada iqtisadi proqnozlar ürəkaçan deyil və böhrandan əvvəlki dövrdəki iqtisadi artım ən yaxşı halda 2022-ci ildə əldə ediləcək. Ötən ay cari ildə ölkə iqtisadiyyatında 7,2 faiz geriləmə proqnozlaşdırılsa da, pandemiyanın “ikinci dalğası” baş verəcəyi halda iqtisadi geriləmə 9,1 faiz təşkil edə bilər.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Ali Tədqiqatlar İnstitutunun ekspertlərinin hazırladığı proqnozda əksini tapıb. Qeyd edilib ki, 2020-2024-cü illəri əhatə edən dövrdə ümumi daxili məhsul illik təxminən 0,3 faiz artacaq və bu göstərici də Avrozonanın orta tempinə uyğun gələn artımdır.
Mütəxəssislərin rəyinə görə, əgər pandemiyanın gedişatında yeni böhran tsiklləri meydana gəlməzsə, o zaman ölkədəki işsizliyin səviyyəsi 4 il sonra 10,25 faizdən səkkiz faizə düşə bilər.
İnstitutun ekspertləri proqnozla yanaşı, hökumətə böhrandan öncə nəzərdə tutulan struktur islahatlarını davam etdirməyi, iqlim dəyişikliyinə diqqət ayrılması, pensiya və sığorta sistemlərinin təkmiləşdirilməsi, müasir texnologiyalardan geniş tətbiq olunmasını tövsiyə edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]