Avstriyada koronavirusla xəstəxanada yatanların sayı 69 nəfərə düşüb
Vyana, 13 iyun, AZƏRTAC
Avstriyada COVID-19 xəstəliyi ilə xəstəxanada yatanların sayı 69 nəfərə düşüb. Xəstəxanaların intensiv təbabət (reanimasiya) şöbələrində müalicə alan pasiyentlərin sayı isə cəmi doqquz nəfərdir.
AZƏRTAC xəbər verir ki, hazırda Avstriyada koronavirus daşıyıcılarının sayı 404-dür. Pandemiya başlayandan indiyədək ölkə üzrə 516581 şəxs müayinədən keçib, onlardan 16971 nəfərində koronavirus infeksiyası aşkarlanıb.
Avstriya Epidemioloji Qeydiyyat Sisteminin məlumatına əsasən, xəstəliklə əlaqədar 650 ölüm halı baş verib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]