SİYASƏT
Avstriyalı iş adamları Qarabağ həqiqətləri ilə tanış olublar
Bakı, 30 mart, AZƏRTAC
Avstriyalı iş adamları Qarabağ həqiqətləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, bunu özünün tviter səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.
“Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə Vyanada Avstriyanın iş adamları üçün təşkil olunan işgüzar nahar görüşündə iştirak etdik. Görüşdə əməkdaşlıq perspektivlərinin müzakirəsi aparıldı və Qarabağ həqiqətləri ilə tanışlıq baş tutdu”, -deyə Emin Huseynov bildirib.