AVSTRİYANIN DAXİLİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLMİŞDİR
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Avstriyanın daxili işlər naziri Ernst Ştrasser iyulun 12-də Bakıya üç günlük səfərə gəlmişdir. Binə hava limanında hörmətli qonağı Daxili İşlər Nazirliyinin şəxsi heyəti hörmət və ehtiramla qarşılamışdır.
X X X
DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
İyulun 12-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilə Avstriyanin daxili işlər naziri Ernst Ştrasserin görüşü olmuşdur. Nazir Ramil Usubov qonağı səmimiyyətlə salamladı, dəvətini qəbul edib Bakıya gəldiyinə görə həmkarına təşəkkürünü bildirdi, asayişin qorunması, hər iki ölkənin cinayətkarlığa qarşı mühafizə funksiyalarını yerinə yetirən nazirliklərinin fəaliyyətindən danışdı və dedi ki, 11 ildir müstəqil yaşayan Azərbaycan çox çətin, həm də şərəfli yol keçibdir. Ölkəmizdə kriminogen vəziyyət çətin olubdur və bunun bir çox səbəbləri vardır. Ermənistanın Azərbaycana təcavüzü, bir milyon qaçqın və məcburi köçkünün yaranması və torpaqlarımızın 20 faizinin erməni işğalı altında olması kriminogen vəziyyətə öz təsirini göstərmişdir.O zaman ayrı-ayrı adamların özbaşınalıq kimi dəyərləndirdiyi demokratiyadan yararlanaraq hakimiyyət uğrunda silahlı mübarizə apardığını, bunun da 1993-cü ildə ölkəmizi vətəndaş müharibəsi həddinə gətirib çıxardığını vurğulayan nazir Ramil Usubov bildirdi ki, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Prezident Heydər Əliyevin rəhbərliyi altında görülən tədbirlər nəticəsində kriminogen durum tamamilə nəzarət altına alındı, ölkədə ictimai-siyasi vəziyyət normallaşdı, 1996-cı ildən cinayətkarlığın dinamikasında azalma baş verdi. Bu gün Azərbaycan MDB məkanında ən sabit, hər 100 min nəfərə düşən cinayətin sayına görə sonuncu yerlərdən birini tutur.Ötən illər ərzində Azərbaycanda genişmiqyaslı islahatların aparıldığını, hüquq, iqtisadiyyat və başqa sahələrdə Avropa standartlarına uyğun qanunlar qəbul olunduğunu, ölkəmizdə demokratiyaya, insan hüquq və azadlıqlarına hörmətlə yanaşıldığını qonağın diqqətinə çatdıran daxili işlər naziri xarici ölkələrlə əlaqələrdən də danışdı. Avstriya-Azərbaycan daxili işlər orqanlarının əlaqələrindən razılıqla bəhs edən nazir 2000-ci ildə keçirilən görüşü, ölkələrimizin Daxili İşlər nazirlikləri arasında imzalanmış memorandumu yüksək dəyərləndirdi.Terrorizmə qarşı mübarizə və digər məsələlərdə Avstriyanın müvafiq xidmət sahələrinin təcrübəsindən, onların peşəkar hazırlığından istifadə olunmasının vacibliyini nəzərə çarpdıran general-polkovnik Ramil Usubov dedi ki, gələcəkdə əməkdaşlığın genişlənməsi üçün belə səfərlər, görüşlər Azərbaycan-Avstriya əlaqələrinin inkişafına təkan verəcəkdir.Avstriyanın daxili işlər naziri Ernst Ştrasser səmimi qəbulun, onlara göstərilən qonaqpərvərliyin xoş təəssürat yaratdığını vurğuladı, 1994-cü ildən nazir vəzifəsində çalışan Ramil Usubovun fəaltiyyətini yüksək qiymətləndirdi, 2000-ci ilin aprelində onun Vyanaya səfərini xatırlatdı. Qonaq dedi ki, həmin səfər zamanı imzalanan memoranduma əsasən yaranan əməkdaşlıq nəticəsində cinayətkarlığa, narkomaniyaya, qeyri-leqal miqrasiyaya qarşı mübarizədə sizinlə çox faydalı əməkdaşlıq etmək istəyirik. Bu əməkdaşlıq nəinki siyasi səviyyədə, hətta operativ səviyyədə qurulmalıdır.Avstriyalı nazir söylədi ki, biz birlikdə bu regionda sabitliyi bərpa edə bilsək, bütün Avropa bundan faydalanacaqdır. Bunun çox vacib məsələ olduğunu diqqətə çatdıran cənab Ernst Ştrasser hüquq mühafizəyə, qeyri-leqal miqrasiyanın qarşısının alınmasına və miqrantların deportasiyasına, geriyə qaytarılmasına dair sazişin imzalanmasını təklif etdi və bildirdi ki, bu saziş bizə fəaliyyətimizi, əməkdaşlığımızı genişləndirməyə, xalqlarımız arasında münasibətləri dərinləşdirməyə və dostluq əlaqələrini gücləndirməyə imkan verəcəkdir.Nazir Ramil Usubov özü və ölkəmiz haqqında söylədiyi xoş fikirlərə görə qonağa təşəkkür etdi, bir çox sahələrdə gələcək əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğunu, ekspertlər tərəfindən öyrənildikdən sonra əməkdaşlığa dair sazişin yaxın zamanlarda hər iki ölkənin daxili işlər nazirləri üçün münasib şəraitdə imzalancağını vurğuladı.