Avtomobil Yolları Dövlət Agentliyi həftə ərzində görülən işlərə dair məlumat yayıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən sentyabrın 18-dən 24-dək olan müddətdə yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində Zaqatalada sel sularının ziyan vurduğu körpüdə hərəkət bərpa olunub, Xaçmazda çökmüş körpünün söküntüsü və ərazinin təmizlənməsi davam edir, Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində hərəkət bərpa olunub, M-1 magistral avtomobil yolunun bir hissəsində aparılan yenidənqurma işləri yekunlaşır.
Həmçinin Yevlax-Xocalı-Laçın avtomobil yolunda ermənilərin vaxtilə Şuşanın girişində quraşdırdıqları tank sökülərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib, şəhid gizir Nəcməddin Quliyevin son arzusu olaraq yaşadığı Çünzəli kəndinin yolu asfaltlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]