AXISKA KƏNDİNDƏ İRİ TOXUMÇULUQ TƏSƏRRÜFATI YARADILMIŞDIR
Sabirabad, 4 mart (AZƏRTAC). Sabirabad rayonunun Axıska kəndində iri toxumçuluq təsərrüfatı yaradılmışdır.
Kənddə fəaliyyət göstərən 5 kəndli fermer təsərrüfatı sərəncamında olan 700 hektar pay torpağını, maşın və mexanizmləri, payçıları habelə digər resursları birləşdirməklə toxumluq taxıl yetişdirmək barədə razılığa gəlmişlər. Hazırda birgə təsərrüfat zəmiləri yüksək aqrotexniki səviyyədə becərməyə hazırlaşır. Suvarma vasitələri və texnika təmir edilir. İlkin yaz yemləməsi kimi hər hektar sahəyə 200 kiloqram üzvi və mineral gübrələr verilməsi, yerüstü aparatlarla alaq otlarına qarşı herbisidlər səpilməsi nəzərdə tutulur.
Axıskalılar zəmilərin hər hektarından 40-42 sentner toxumluq məhsul götürmək niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]