AZAD MƏTBUAT NORMAL İNKİŞAFIN ƏSAS ELEMENTLƏRİNDƏN BİRİDİR
Prezident Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının bu yaxınlarda mətbuat azadlığı ilə bağlı dərc etdiyi hesabatına da münasibət bildirmiş və demişdir ki, belə reytinqlər ölkədəki real vəziyyəti əks etdirmir, bəzən şəxsi yanaşmaya və ya istənilən digər səbəblərə əsaslanır. Çünki demokratiya sahəsində aparıcı hesab olunan dövlətlərin bəziləri bu siyahının ortasında, üçüncü dünya ölkələrindən kifayət qədər aşağıdadır. Bu, o qədər də inandırıcı görünmür, gündəlik həyatımızda və ya Azərbaycandakı siyasi proseslərdə o qədər də əhəmiyyətli rol oynamır.