AZADLIQ MÜBARİZLƏRİNİN ƏMƏLLƏRİ ƏBƏDİ YAŞAYACAQDIR
Yanvarın 18-də Qaradağ rayonunun Sahil qəsəbəsindəki İlqar Abbasov adına Mədəniyyət sarayında 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra rayon icra hakimiyyətinin başçısı Yaqub Əliyev bu qanlı faciənin yaranma səbəblərindən, xalqımızın düçar edildiyi həmin dəşəhətli hadisəni törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışdı. O bildirdi ki, tayı-bərabəri olmayan bu dəhşətli qırğına ilk dəfə siyasi və hüquqi qiyməti məhz ümummilli liderimiz Heydər Əliyev vermişdir. Ulu öndərimizin xalqa arxalanaraq ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi. Həmişə olduğu kimi, yenə də xalqın inam və etimadını doğrultdu. Azərbaycanı tənəzzül girdabından qurtararaq, demokratik inkişaf yoluna çıxartdı.
İndi ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz öndərinin müəyyən etdiyi inkişaf yolu ilə inamla irəliləyir.
Mədəniyyət sarayının matəmsayağı tərtib olunmuş səhnəsində rayonun məktəbliləri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]