AZƏRBAYCAN 126 ÖLKƏ İLƏ ALQI-SATQI ƏMƏLİYYATLARI APARMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin birinci yarısında Azərbaycan Respublikası dünyanın 126 ölkəsi ilə ticarət əlaqəsi saxlamış, 20 milyard 572,2 milyon ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışdır.
Xarici ticarət dövriyyəsinin 17 milyard 489 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 3 milyard 83,2 milyon dollarını dxal məhsulları təşkil etmiş, 14 milyard 405,8 milyon dollarlıq müsbət saldo yaranmışdır. Keçən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,1 dəfə, o cümlədən ixrac 6,9 dəfə, idxal 25,6 faiz artmışdır.
İxrac-idxal əməliyyatlarının 8,5 faizi MDB, 51,8 faizi Avropa İttifaqı ölkələri ilə, 39,7 faizi isə digər dövlətlərlə aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]