Azərbaycan Almaniyada keçirilən turizm sərgisində iştirak edir
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də Almaniyanın Ştutqart şəhərində “CMT” Beynəlxalq turizm sərgisi işə başlamışdır.
Yanvarın 22-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən “Geo Travel”, “ENC Tours” və “Xəzər” turizm şirkətlərinin təmsilçiləri də iştirak edirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı 24 kvadratmetrlik pavilyonda nümayiş olunur. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ edilir.
Azərbaycan turizminin Almaniya turizm bazarında tanıdılması və bu ölkədən turistlərin cəlb olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi martın 7-dən 11-dək Berlində keçiriləcək “İTB -2012” beynəlxalq turizm sərgisində də iştirak etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]