Azərbaycan avarçəkəni "Silver Skiff" beynəlxalq reqatasında gümüş medal qazanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dimçenko İtaliyada təşkil olunan "Silver Skiff" beynəlxalq reqatasında gümüş medal qazanıb.
AZƏRTAC Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz 11 kilometrlik məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurub. Özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan D.Dimçenko finiş xəttinə ikinci çatıb.
Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən qatılıb.
Qeyd edək ki, "Silver Skiff" ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. D.Dimçenko bu turnirdə 2015-ci ildən keçirilir. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]