AZƏRBAYCAN BANKLARININ NÜMAYƏNDƏLƏRİ NİJNİ-NOVQORODDAKI FORUMDA İŞTİRAK EDİRLƏR
AZƏRTAC xəbər verir ki, avqustun 21-də Nijni-Novqorod şəhərində 9-cu Ümumrusiya Bank Forumu işə başlamışdır.
Forum “Rusiya bank sisteminin orta və kiçik banklar kontekstində sabit inkişafı” mövzusuna həsr olunmuşdur.
“Nijni-Novqorod” informasiya agentliyinin yaydığı məlumata əsasən, forumda Rusiya ilə yanaşı Azərbaycan, Avstriya, İsveç və Belarusun kommersiya banklarının nümayəndələri iştirak edirlər.
Forumun açılış mərasimində Rusiyanın hökumət nümayəndələri çıxış etmişlər.