Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son günündə üç oyun keçirilib. Günə B qrupunda olan komandaların matçları ilə start verilib. “Gəncə” səfərdə “Quba"nı 95:78, “Şəki” isə “Ordu”nu 80:74 hesabı ilə məğlub edib.
A qrupunda isə “Abşeron” “Sərhədçi” ilə qarşılaşıb. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin 71:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəl reallaşan oyunlarında “Sumqayıt” “Lənkəran”ı 108:99, “Naxçıvan” NTD-ni 95:77, “Neftçi” isə “Sabah”ı 71:66 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]